manera.az
manera.az

"Kardeş kalemler" dərgisinin növbəti sayı

"Kardeş kalemler" dərgisinin növbəti sayı
Türk dünyasının ədəbi-mədəni mühitinə davamlı işıq tutan "Kardeş kalemler" dərgisinin bugünlərdə çapdan çıxmış xüsusi buraxılışı tanınmış kosovalı şair Zeynal Beksaçın yaradıcılığının 50 illiyinə həsr olunub.

Dərgi şairin tərcümeyi-halı, şeirləri və "Balkanlarda yazmaq" məqaləsi ilə açılır. Sonra Makedoniyadan İlhami Eminin "Kosovada Zeynal Beksaç" yazısı verilib. Şecaattin Koka "Ankarada Milli Kitabxana salonunda şairimiz Zeynal Beksaçın 50-ci sənət ili və "Rumeli - o benim işte" yeni kitabı qeyd edildi" adlı xəbər-məlumatı, Leyla Şərif Emin "Bəlkə bir gün bizim də növbəmiz bitəcək", Həvva Təkin "Diliniz var olsun... Dilimiz var olsun... İlimiz var olsun", Seyhan Murtezan İbrahimi "Rumeli - o benim işte" yazıları ilə Makedoniyadan dərginin bu sayına səs veriblər.

Türkiyədən Hüseyn Özbay "Zeynal Beksaçın əllinci sənət ili münasibətilə", Nazlı Rana Gürel "Zeynal Beksaçın şeirləri", Fəxriyyə İpəkçioğlu "Zeynal Beksaçın şeirlərində Türkiyə", Səbahəddin Çağ "Zeynal Beksaçın uşaq şeirləri", Ümid Yaşar İşıqhan "Balkanlarda bir şair: Zeynal Beksaç", Həsən Mərcan "Mərhabamdır...", Feyyaz Sağlam "Çetrefil Sevda"nın pürüzsüz şeirləri" məqalələri ilə yubilyarı təbrik edənlər sırasındadır.

Dərginin sözügedən bölməsində Həvva Təkinin Zeynal Beksaç ilə müsahibəsi, "Rumelinin şairinə Ankarada vəfa toplantısı" başlıqlı xəbər, Müzəffər Uygunərin "Vurmazsam Namərdəm", "Gülşən Yılmazın "Mutlu bəlam" esseləri də yer alıb.

İsgəndər Muzbeg "50-ci sənət ili münasibətilə Zeynal Beksaçın sənətçi kimliyi və yaradıcılığı haqqında bir neçə söz" məqaləsi ilə Kosovanı, Şaban Mahmudoğlu Kalkan "Rumeli Türk şairində özgün bir səs" yazısı ilə Boqarıstanı təmsil edirlər.

Dərginin "Xəbər" bölməsində TÜRKSOY rəhbəri Düsen Kaseinovun Ankarada keçirilmiş yubiley konsertindən reportaja yer verilib.../525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031