manera.az
manera.az

İstanbulda azərbaycanlı şairə ilə görüş

📅 03.01.2018 13:16

İstanbulda azərbaycanlı şairə ilə görüş
İstanbulda azərbaycanlı şairə, Yazıçılar Birliyi Həmkarlar İttifaqının sədri Firuzə Məmmədli ilə görüş keçirilib.

Türkiyə Azərbaycan Dərnəyində (İSTAD) təşkil olunan görüşdə tanınmış ədəbiyyatçılar, İSTAD-ın üzvləri və poeziyasevərlər iştirak ediblər.

İSTAD-ın sədri Səfər Qaraqoyunlu şairə Firuzə Məmmədlinin yaradıcılığından danışıb.

Göstərilən diqqətə və qonaqpərvərliyə görə minnətdarlıq edən şairə görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Tədbir çərçivəsində şairə İstanbulda fəaliyyət göstərən “Araz yayınçılıq” nəşriyyatı tərəfindən türk dilində çap olunmuş “Sözlərim könlümü almağa gəlir” adlı kitabını oxuculara təqdim edib.


Baxış sayı - 1 162 | Yüklənmə tarixi: 03.01.2018 13:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930