Səlim Babullaoglu Türk dilinin XII Beynəlxalq Şeir Şölənində
Şair Səlim Babullaoğlu Türkiyə Yazıçılar Birliyinin dəvəti ilə 20-22 dekabr tarixlərində Qazaxıstanda keçirilən Türk dilinin XII Beynəlxalq Şeir Şölənində iştirak edib.
MANERA.AZ xəbər verir ki, tədbirin təşkilatçıları Türkiyə Yazıçılar Birliyi, Qazaxıstan Yazıçılar Birliyi və Xoca Əhməd Yəsəvi adına Beynəlxaq Türk-Qazax Universitetidir.
Şiir Şöləni çərçivəsində müxtəlif ədəbiyyat panellərində iştirak edən S.Babullaoğlu ilə Xoca Əhməd Yəsəvi adına Beynəlxaq Türk-Qazax Universiteti Kentau İnstitutunda görüş keçirilib.
Görüşün təşkilatçısı tanınmış gənc türk yazarı, tərcüməçisi, Kentau İnstitutunun dekan müavini Ömər Mehmetzadə olub. Görüşdə İnstitutun müdiri prof.dok. Kamalbek Berkimbayev, institutun kafedra müdiri Umur Berkan Atikol, universitetin müxtəlif millətlərdən olan tələbələri, o cümlədən orda təhsil alan azərbaycanlı tələbələr də iştirak ediblər. Ömər Mehmetzadənin moderatorluğu ilə keçirilən görüşdə Səlim Babullaoğlu müasir Azərbaycan şeiri barədə çıxış edib, dinləyicilərin suallarını cavablandırıb və öz şeirlərini oxuyub. Görüşün sonunda şairə qazax milli geyimi və kitablar hədiyyə edilib, müəllif isə tələblərə kitablarını bağışlayıb, xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, Türk dilinin Beynəlxalq Şeir Şöləni indiyədək Bakı da daxil olmaqla bir çox şəhərlərdə – Almatı, Bişkek, Kazan, Girnə, Prizren, Aşqabad, Bursa, Akməscid, Strasburq və bir çox başqa şəhərlərdə təşkil edilib.../artkaspi.az/