manera.az
manera.az

IX “Molla Nəsrəddin” - Azərbaycan - 2018" - MÜSABİQƏ

IX “Molla Nəsrəddin” - Azərbaycan - 2018" - MÜSABİQƏ
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi IX “Molla Nəsrəddin” - Azərbaycan - 2018” beynəlxalq karikatura müsabiqəsini elan edib.

2018-ci ildə “Molla Nəsrəddin – Azərbaycan” beynəlxalq karikatura müsabiqəsinin 10 ili tamam olur. Məhz bu münasibətlə təşkil olunan müsabiqə “Yubiley” mövzusuna həsr edilir.

MANERA.AZ xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə keçirilir.

Müsabiqənin şərtlərinə görə, təqdim ediləcək işlər “Yubiley” (“Molla Nəsrəddin” karikatura müsabiqəsinin 10 illiyidir) və “Yubiley” (Mənim 50 yaşım tamam olur) mövzularını əhatə etməlidir. İştirakçılar karikaturalarla birlikdə ürək sözlərini, fikir və təkliflərini, eləcə də iradlarını yazıb göndərə bilər. Fikirlər karikaturalarla birlikdə müsabiqənin albomunda dərc ediləcək. Müsabiqə internet vasitəsilə keçirilir. Karikaturalar 2018-ci il oktyabrın 10-dək 300 dpi, jpg formatında mollanasreddin2018@gmail.com elektron ünvana göndərilməlidir. Hər bir rəssam 2-5 karikatura göndərə bilər.

Karikaturaları beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq qızıl, gümüş, bürünc medal və diplomlar veriləcək. Habelə münsiflər heyətinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Karikatura Mərkəzinin xüsusi mükafatları olacaq.

“Molla Nəsrəddin - Azərbaycan” Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısı Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadədir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930