manera.az
manera.az

"Molla Nəsrəddin evlənir” – Beynəlxalq Festivalda/MANERA.AZ

"Molla Nəsrəddin evlənir” – Beynəlxalq Festivalda/MANERA.AZ


TÜRKSOY və Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə, aprel ayının 18-21 tarixində, Türküstan şəhərində türk dünyası teatrlarının iştirak edəcəyi “ TEATR BAHARI- 2017” teatr festivalı keçirəcəkdir. Festivalın təşkilatçıları tərəfindən, C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Xaqani Əliyevin “ Molla Nəsrəddin evlənir...” tamaşası ilə dəvət almışdır.

Molla Nəsrəddin irsini, dəyərləri ilə birlikdə qoruyub yaşatmaqla gələcək nəsillərə ötürülməli olduğunun vacibliyini anlayaraq hazırlanmış bu tamaşa, bütün dünyanın sevdiyi türk oğlu türk, müdrik insan, bəşəriyyəti güldürə-güldürə düşünməyə məcbur edən Molla Nəsrəddin lətifələrinin motivləri əsasında səhnələşdirilib.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xaqani Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, xoreoqrafı Ramiq Nəsirov, rejissor assistenti Samirə Hacıyevadır.

Komediya janrında hazırlanan səhnə əsərində aktyor Elçin Hacıyev (Molla Nəsrəddin), əməkdar artisti Vaqif Kərimov(Əzrayıl), aktyorlar Əhliman Ərşadlı( Hacı), Zülfiyyə Eldarqızı (Mollanın arvadı) Şəbnəm Cəbrayılova (Mollanın sevgilisi) Ceyhun Əliyev(Məmmədəli) Rövşən Cəfərov, Tural Tahir, Emin Sevdiməliyev (Mollanın dostları) iştirak edirlər.

Turan Etibaroğlu
MANERA.AZ


"Molla Nəsrəddin evlənir” – Beynəlxalq Festivalda/MANERA.AZ


"Molla Nəsrəddin evlənir” – Beynəlxalq Festivalda/MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031