manera.az
manera.az

'Molla Nəsrəddin lətifələri' ingilis dilində

📅 20.02.2017 12:31

'Molla Nəsrəddin lətifələri' ingilis dilində

Türk xalqlarının ortaq ədəbi irsi olan Molla Nəsrəddin lətifələri (“Molla Nasraddin Anecdotes”) ilk dəfə ingilis dilində toplu halında oxucuların ixtiyarına verilib.

Mədəniyyət və Turizm nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, bu qurumun dəstəyi ilə nəşr olunan toplunu ingilis dilinə uzun illər Azərbaycanda yaşamış kanadalı tərcüməçi Allen Hossini çevirib.

Kitaba rəssam Vüqar Əli məxsusi illüstrasiyalar çəkib.

Toplu “Efendi” Nəşriyyat Evi tərəfindən yüksək poliqrafik keyfiyyətlə çap olunub.

“Molla Nasraddin Anecdotes” toplusu kütləvi kitabxanalara paylanıb.

Toplu Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq kitab sərgilərində dünya oxucusuna təqdim olunacaq.


Baxış sayı - 2 909 | Yüklənmə tarixi: 20.02.2017 12:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930