manera.az
manera.az

Aktyorlarımız beynəlxalq festivalın qalibi oldular

📅 14.12.2017 13:58

Aktyorlarımız beynəlxalq festivalın qalibi oldular
Türkiyədə keçirilən 5-ci Antakya Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimi keçirilib.

Aktyorlarımız Hikmət Rəhimov və İlahə Həsənova festivalda mükafata layiq görülüblər.

MANERA.AZ xəbər verir ki, Hikmət Rəhimov “Üçüncü günün adamı” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında, aktrisa İlahə Həsənova isə “Nar bağı” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyasında qalib olublar.

Türkiyənin Hatay şəhərində keçirilən və ümumilikdə 95 filmin nümayiş olunduğu 5-ci Antakya Beynəlxalq Film Festivalında uzunmetrajlı, qısametrajlı və sənədli filmlər kateqoriyasında 10 ekran əsəri finalda yarışıb.

“Üçüncü günün adamı” və “Nar bağı” filmləri festivalın uzunmetrajlı film müsabiqəsinə daxil edilib.


Baxış sayı - 1 316 | Yüklənmə tarixi: 14.12.2017 13:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930