manera.az
manera.az

Məşhur aktyorlarımız Alanya film festivalında

📅 30.05.2017 16:30

 Məşhur aktyorlarımız Alanya film festivalında

Dünən Beynəlxalq Alanya Film Festivalının təntəli açılış mərasimi keçirilib.

Açılışda Azərbaycan, Rusiya, Belarus, Ukraynadan kino xadimləri iştirak ediblər. Festivala ölkəmizdən xalq artisti Fəxrəddin Manafov və xanımı Vera (Vahidə) Manafova, əməkdar artist Mehriban Zəki, Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu və digərləri yollanıb.

Gecəyə ümumilikdə 80-ə yaxın kino xadimi və media nümayəndələri qatılıb. Açılışda aktyorlar səhnəyə dəvət edilərək təqdim olunub, nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb.

Qeyd edək ki, festival çərçivəsində Azərbaycan istehsalı olan “Çölçü”, “Həddən artıq uyğunluq”, “Qırmızı bağça”, “İçəri Şəhər” filmləri nümayiş olunacaq.


Baxış sayı - 1 317 | Yüklənmə tarixi: 30.05.2017 16:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031