manera.az
manera.az

Kukla Teatrında “Qış nağılı”

📅 12.12.2017 18:37

Kukla Teatrında “Qış nağılı”
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məktəblilərin qış tətili günləri və Yeni il münasibəti ilə balaca tamaşaçıları üçün yeni səhnə işi ərsəyə gətirir.

MANERA.AZ xəbər verir ki, yaradıcı heyət teatrın quruluşçu rejissoru Anar Məmmədovun səhnələşdirdiyi "Qış nağılı” adlı yeni tamaşa ilə uşaqların görüşünə gələcək.

Quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev olan və musiqi tərtibatı əsasında hazırlanan tamaşada əsas qəhrəman Şaxta baba və Qar qızdır. Balacaların sevimli qəhrəmanı olan bu personajlar ətrafında cərəyan edən hadisələr uşaqlara fədakatlıq, cəsurluq və dürüstlük kimi dəyərləri təlqin edir.

Canavar, Ayı, Dovşan, Uzunqulaq kimi personajların Küpəgirənin hiyləgərliyinə qarşı əzmkar mübarizəsi və qələbəsini əks etdirən tamaşa rəngarəng musiqi tərtibatı və rəssam işi ilə balacalara xoş anlar vəd edir.

Zəngin səhnə tərtibatlı tamaşaya səhnədə qurulan möhtəşəm şam ağacı maraqlı bir ovqat qatacaq. Tamaşada rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Cavid Telman, Elxan İsmayılov, Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov və başqaları ifa edirlər.

27 dekabrda premyerası gerçəkləşəcək tamaşa yanvarın 3-dək hər gün 4 seans olmaqla nümayiş olunacaq. Üç seans (saat 12, 14, 16:00) Azərbaycan, bir seans isə (saat 18:00) rus dilində göstəriləcək.
Tamaşaya biletlərin qiyməti 3 manatdır və dekabrın 15-dən etibarən teatrın kassasından əldə oluna bilər


Baxış sayı - 1 338 | Yüklənmə tarixi: 12.12.2017 18:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031