manera.az
manera.az

Həftəsonu 5 tamaşa nümayiş olunacaq

📅 09.11.2017 19:19

Həftəsonu 5 tamaşa nümayiş olunacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daimi tamaşaçıları üçün bu həftə maraqlı repertuar tərtib edib.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, sənət ocağının yaradıcı kollektivi noyabrın 10-da gənclər üçün bəşəriyyətin bəlasına çevrilmiş narkomaniya əleyhinə “Ağ ölüm” tamaşasını təqdim edəcək.

Bundan başqa, noyabrın 11-də “Leyli və Məcnun”, noyabrın 12-də isə “Mənim ağ göyərçinim” tamaşaları nümayiş olunacaq.

Teatr həmişə olduğu kimi, bu dəfə də azyaşlı tamaşaçılarını unutmayıb. Belə ki, kollektiv uşaqlar üçün noyabrın 11-də “Dəcəl keçi”, 12-də isə “Qoğalın nağılı” tamaşalarını təqdim edəcək.

Tamaşalarda Əməkdar artistlər Nofəl Vəliyev, Rahib Əliyev, Nəsibə Eldarova, Nübar Novruzova, Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Rasim Cəfər, aktyorlar Manaf Dadaşov, Vüsal Mehrəliyev, Anar Seyfullayev, Günül Məmmədova, Asya Atakişiyeva, Müşfiq Əliyev, Eşqin Quliyev, Səbinə Məmmədova və başqaları çıxış edəcək.


Baxış sayı - 1 350 | Yüklənmə tarixi: 09.11.2017 19:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930