Gülşən Qurbanlı(şeirlər)***
Niyə məni qoyub tək getdin
Heç bilmədin ki,
Acam, susuzam,
Haradayam mən,
Mənim heç səndən
Xəbərim olmadi
Nə edim? Kimdən səni soruşum?
Heç kəs səni tapmaz,
Mənə səni qaytarmaz,
Səni mənlə qovuşdurmaz
Nə edim, amma
Hər zaman fikirimdəsən
Yadımdan heç zaman çıxmırsan
Bir əlimdə qalan bir şey var
Səni Tanrıdan diləyim, qaytarım,
Nə sən mənim,
Nə mən sənin
Qismətində deyiləm.
Burada qoyuram son.
Amma hələ axtarışındayam
Niyə məni qoyub tək getdin?
***
Səni sevirəm,
Səni ilk dəfə görəndə
Səni ürəkdən sevəndən
Hər saniyə səni düşünürəm.
İstəyirəm sevgimi sənə çatdıram,
Ürəyimin qapısını sənə açam.
Çünki görmək istəyirəm mavi gözlərini
Eşitmək istəyirəm şirin sözlərini
Hər zaman yanında olmaq istəyirəm.
Canım mənim
Kaş ki, geyindiyin paltar olaydım
Hər zaman səni qucaqlayardım
Kaş ki, darağın olaydım
Hər dəfə başından sığallayardım
Kaş ki, sehrli güzgü olaydım
Gözəlliyini sənə danışardım.
Çünki görmək istəyirəm mavi gözlərini
Eşitmək istəyirəm şirin sözlərini
Hər zaman yanında olmaq istəyirəm.
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.