manera.az
manera.az

Ana, özünə də gün ağla... ŞEİRLƏR -MANERA.AZ

Ana, özünə də gün ağla... ŞEİRLƏR -MANERA.AZ
Elşad Can Şamil

Bütün Anaların əllərindən öpərək

ANA


Ey ANA,...
Ey tanrının yer üzündəki simvolu
Zaman tez keçir,
Səhvlərimin üstündən tez keçib getdiyin kimi
Mən uşaqlığımı ötüb keçdiyim kimi
Ama sən uşaqlığımda da indiki kimisən ANA
Elə bil həmişə belə olmusan
Zaman yalnız üzündəki qırışından nişanə
Əlinin hərarəti şəhanə
Qucağın ən doğma vətəndir
O vətən ki ayrı qalmamaq üçün keçərlidir hər bəhanə
O vətən ki kürəyimdə əli oldu
Hər halımı dəstəklədi, daha çox sevdi
Məni başa düşəcək dili oldu

Ey sevgi dolu fədakar insan dişisi
Baxışlarında bizlərə çağırış var
Gözlərində arzu-axtarış var
Ağlarsa anam ağlar, gerisi yalan ağlar demişlər
Ana... Arada özünə də gün ağla, özünə də dua elə,
Əlindəki çör çöpdən özünə də yuva elə
Mən hara getsəm də sonda sənə dönəcəm
Anasından kötək yediği halda,
yenə ANA deyə ağlayan da bizik.
Ağladan da qurbanın olum...

Ey milli kimliyimizi özümüzə tanıdan möhtərəm şəxsiyyət
Kim deyir ki indiki gənclər çox bilir
Ən məşhur məktəbləri bitirsəm belə
Oxusam belə
Ən böyük məktəb sənsən ana
Sənin məktəbindən çıxdım 9 aya adam olub
heç bir ana dili müəllimi sənin mənə öyrətdiyin ana dilindən
şirin və sevimli olmadı
barmaqlarımla, çatmayanda sənin barmaqlarınla öyrəndim
saymağı, qiymət verməyi,bölməyi,bərabərliyi, paylaşmağı,
mənə ayırmağı, toplamağı, vurmağı öyrətdi riyaziyat müəllimlərim
xoxanlarınla qorxudurdun bizi əməlimiz düz olsun deyə
yalanımız olmasın deyə...əlimiz düz olsun deyə...
düz olmayan yollarda əlimizdən tutdun ki,
yıxılmayaq, güvəndə ayaqda olaq
özün arxada qaldın,geri çəkildin ki,
həmişə öndə, qabaqda olaq

Ey pillələri əhvlə döşənmiş qudsal mərtəbə
Səni o qədər çox istəyirəm ki
Bunca sevgimin çoxluğunda ürəyimdə tıxac yaranıb
Daxilimdən çıxarda bilmirəm
Sənə bağışlayammıram hiss etdiklərimi
Ad günündən, 8 martdan asılı qalmışam səni qucaqlamaq üçün
Görəsən neynəyim ki varlığında bunca sevgimin öhdəsindən gələ bilim ana
Qızım olmadıki adını qoyum, səni çağırım
Ağlım olmadı ki, uşaqlıqda ancaq qucağında yatım
Oğlum acsan , yemək verim, səni yatırımmı deyəndə
Kaş elə hə deyərdim oyuncaqlarımı kənara atıb birdəfəlik

Ey bütün yoldaşlıqları özündə cəm edən insanların hamisi
kaş bir xanım olaydı ana
elə bir xanım ki sənə oxşaya
elə bir xanım ki sənin kimi məni oxşayan
zərrə də osa səni əvəz edə biləydi kaş
o bir söz ki var ha
dörd nəfərə 3 dilim olanda “mən toxam” deyə eşitdirən yeganə insan
ANADIR
Onu bil mən sənə həmişə acam ana
Canından can olub yaşayan mənəm
Bağışla başqalarına canım demişəm
BAĞIŞLA!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728