manera.az
manera.az

Teatrın əməkdaşlarını mükafatlandırıb | MANERA.AZ


Teatrın əməkdaşlarını mükafatlandırıb | MANERA.AZ
Azərbaycan Dövlət Musiqili Teatrı növbəti ilkə imza atıb.

Teatrın Mətbuat xidmətindən manera.az-a bildirilib ki, Musiqili Teatr 105-ci mövsümünün başa çatması ilə əlaqədar yaradıcılıq fəaliyyətləri ilə seçilən, uğurlu rolları, sənət uğurları, öz peşələri ilə hər kəs tərəfindən sevilən, teatrın inkişafina xidmət edən əməkdaşlarını mükafatlandırıb.
Mükafatlandırma mərasimində çıxış edən teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qeyd edib ki, teatr tariximizdə ilk dəfə arxada qalan mövsümün belə bir bayram əhval-ruhiyyəli tədbirlə dəyərləndirilməsi xüsusilə gənclərin gələcək fəaliyyətlərində mühüm rol oynayacaq, onlara böyük stimul verəcək.

Sonra çox gözəl estetik zövqlə təşkil olunmuş tədbirdə mükafatlandırma mərasimi keçirilib. Gültac Əlili “Mövsümün aktrisası”, Amil Həsənoğlu “Mövsümün aktyoru”, Cəlalə Novruzlu “Mövsümün ən yaxşı balet artisti”, Səma Cəfərova “Mövsümün ən yaxşı xor artisti”, Hacı Məmmədov “Mövsümün ən yaxşı musiqiçisi (orkestr artisti)”, Yelena Almazova “Mövsümün ən yaxşı sex rəisi”, Məcid Hüseynov “Mövsümün ən yaxşı texniki işçisi”, Əzizağa Əzizov “Mövsümün sevilən aktyoru”, Əliməmməd Novruzov “Mövsümün prespektivli aktyoru”, Svetlana Bulax “İlin yubiliyarı” və Nabat Səmədova “Günün yubiliyarı” və seçilib. Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi “Toya bir gün qalmış” tamaşası isə “İlin ən yaxşı tamaşası” nominasiyasının qalibi olub.

Sonra Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıxovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıxov adına “Billur alma” mükafatı Əməkdar artist Səidə Şərifəliyevaya və aktyor Səmədzadə Xasıyevə təqdim olunub. Bütün qaliblərə pul mükafatları və xüsusi prizlər verilib. Daha sonra aktyorlar Emil Heydərov, Marina Litvenonko, Mehriban Zalıyeva və Elnarə Nağdəliyeva mövsüm boyu göstərdikləri səmərəli fəaliyyətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri diplomları ilə təltif olunublar. Diplomları qaliblərə Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov təqdim edib.

Mükafatlandırma mərasimindən sonra tədbir konsert proqramıyla davam edib.
Teatrın əməkdaşlarını mükafatlandırıb | MANERA.AZ

Teatrın əməkdaşlarını mükafatlandırıb | MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930