manera.az
manera.az

Qara Qarayevin 100 illyi UNESCO-da qeyd ediləcək

📅 11.11.2017 16:30

Qara Qarayevin 100 illyi UNESCO-da qeyd ediləcək
UNESCO Baş Konfransının Parisdə keçirilən 39-cu sessiyası çərçivəsində qurumun 2018-2019-cu illər üzrə yubileylər siyahısı qəbul edilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, UNESCO-nun İcra Şurası tərəfindən təqdim edilən yubileylər siyahısına üzv ölkələrdən 48 təklif irəli sürülüb. Azərbaycan tərəfindən bu siyahıya bəstəkar Qara Qarayevin və Bakı Dövlət Universitetinin 100 illik yubileylərinin qeyd edilməsi təklif olunub. Baş Konfrans tərəfindən təkliflər qəbul edilib. 2018-ci ildə bəstəkar Qara Qarayevin və 2019-cu ildə Bakı Dövlət Universitetinin UNESCO-nun dəstəyi ilə Parisdə 100 illik yubileyləri qeyd olunacaq.

Bundan başqa, Azərbaycan İran İslam Respublikasının irəli sürdüyü Şərqin böyük şair və filosofu, Azərbaycan əsilli Şihabəddin Yəhya Sührəvərdinin yaradıcılığa başlamasının 850 illik yubileyinin qeyd edilməsi təklifinə qoşulub.


Baxış sayı - 1 192 | Yüklənmə tarixi: 11.11.2017 16:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031