manera.az
manera.az

Tofiq Quliyevin xatirəsi anılıb

📅 07.11.2017 20:30

Tofiq Quliyevin xatirəsi anılıb
Noyabrın 7-də Fəxri xiyabanda görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə, anadan olmasının 100 illiyinə həsr olunub.

MANERA.AZ xəbər verir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Tofiq Quliyevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Anım mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Prezident İlham Əliyevin 2017-ci il fevralın 7-də imzaladığı Sərəncama əsasən, bu il ölkəmizdə görkəmli bəstəkarın yubileyinin silsilə tədbirlərlə qeyd olunduğunu bildirib. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olur. Onun inkişafında bu təhsil ocağında müəllim işləyən Asəf Zeynallının böyük rolu olub. Sevimli müəlliminin məsləhəti ilə Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını yazır və bununla da bu sahədə ilk uğurlu addımlarını atır. Həmçinin bəstəkarın muğamlarımızın nota köçürülməsi sahəsində gördüyü işlər respublikamızın həyatında mədəni hadisə kimi qiymətləndirilib.
Tofiq Quliyevin xatirəsi anılıbXalq artistləri Firəngiz Əlizadə və Siyavuş Kərimi çıxış edərək böyük sənətkarın bəstəkarlıq fəaliyyətinin bənzərsizliyindən söhbət açıblar. Bildiriblər ki, Tofiq Quliyev mahnıları ilə milyonlarla dinləyicinin qəlbini fəth etməyi bacarıb. O, Azərbaycan xalqının qəlbinə təkcə sənəti və musiqisi ilə deyil, eyni zamanda, şəxsiyyəti ilə yol tapan görkəmli ziyalılardandır. Bu gün bəstəkarın övladları və qohumları onun mənəvi davamçılarıdırlar. Təkcə görkəmli rejissor Eldar Quliyevin adını çəkmək kifayətdir.

Azərbaycanın Xalq Artisti, kinorejissor və ssenarist Eldar Quliyev bəstəkarın həyat və yaradıcılığında şahid olduğu məqamlardan danışıb. Atasına göstərilən münasibətdən söhbət açan E.Quliyev deyib: “1997-ci ildə Tofiq Quliyevin 80 illiyinə həsr olunan yubiley mərasimində ulu öndər Heydər Əliyev bəstəkara xitabən bildirmişdi ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq Tofiq Quliyev musiqisi yaşayacaq”.


Baxış sayı - 1 870 | Yüklənmə tarixi: 07.11.2017 20:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031