manera.az
manera.az

“İki qəlbin dastanı” baletinin təqdimatı olub

📅 02.11.2017 12:17

“İki qəlbin dastanı” baletinin təqdimatı olub
Arif Məlikovun baleti yenidən Daşkənd səhnəsində

Əlişir Nəvai adına Daşkənd Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Arif Məlikovun uzun illərdən sonra yenidən səhnəyə qayıdan “İki qəlbin dastanı” baletinin təqdimatı olub.

Baletin musiqi rəhbəri və dirijoru Özbəkistanın Əməkdar mədəniyyət işçisi Fazliddin Yakubcanov, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi İqor Çernışovdur.

Tamaşanın bərpaçı baletmeysteri Zamir Nurımbetov, məsləhətçi baletmeysteri Rusiyanın Əməkdar artisti Azari Pliseski, quruluşçu rəssamı Zubaydulla Batırovdur. Əsas rolları Nadira Xamraeva, Behzod Akimbaev, Zamir Fazlutov və başqaları ifa edib.

Xatırladaq ki, Arif Məlikovun bu əsəri Daşkənd teatrında 1982-ci ildə tamaşaya qoyulub, truppa “İki qəlbin dastanı” baleti ilə 1983-cü ildə Moskvada qastrolda olub. Sonra uzun illər səhnədən düşməyib.

Qeyd edək ki, görkəmli bəstəkarın “Məhəbbət əfsanəsi” baleti də uzun illərdir teatrın repertuarındadır.


Baxış sayı - 1 276 | Yüklənmə tarixi: 02.11.2017 12:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930