manera.az
manera.az

Azərbaycan ilk dəfə Təbriz Kitab Sərgisində

Azərbaycan ilk dəfə Təbriz Kitab Sərgisində
Azərbaycan Təbrizdə təşkil olunan beynəlxalq kitab sərgisində təmsil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən MANERA.AZ-a verilən məlumata görə, sərgidə Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva, “Apostroff” nəşriyyatından Akif Dənzizadə, “Parlaq imzalar” nəşriyyatından Nurman Tarik iştirak edib.

Azərbaycan kitablarının nümayişi üçün stend sahəsi və avadanlıqları, həmçinin iştirak xərcləri təşkilat komitəsi tərəfindən təmənnasız təmin edilib.

Sərgidə İrandan başqa Türkiyə, Livan, Pakistan, İrak və s. olmaqla 21 xarici ölkə iştirak edib. Azərbaycan Təbriz Kitab Sərgisinə ilk dəfə qatılıb.

Sərgi müddətində dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə həsr olunmuş kitablar nümayiş olunub.

125 xarici, 980 İran naşirinin iştirak etdiyi sərgi 6 500 000 adam tərəfindən ziyarət olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031