manera.az
manera.az

Nizami Gəncəvinin aforizmləri portuqal dilində

📅 28.10.2017 15:16

Nizami Gəncəvinin aforizmləri portuqal dilində
Braziliyada Nizami Gəncəvinin aforizmləri portuqal dilində təqdim edilib.

Oktyabrın 23-25-i Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı Səfirliklərinin birgə təşkil etdikləri ortaq Türk mədəniyyətinin təbliğinə dair silsilə tədbirlər çərçivəsində, Braziliya Federativ Respublikasının Milli Konqresində, Braziliya senatında Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun sədri Kristovam Buarkenin iştirakı ilə Nizami Gəncəvinin aforizmlərindən ibarət kitabın portuqal dilinə tərcümə edilən nəşrinin təqdimetmə mərasimi keçirilib.

“Zaman üzərindən bir körpü” (Uma ponte sobre o tempo) adlı nəşrdə, görkəmli Azərbaycan mütəfəkkirinin əsərlərindən seçilən aforizmlər yerli ictimaiyyət arasında Azərbaycan ədəbiyyatına maraq oyatdıb.

Tədbirdə, Parlamentarilər, diplomatik korpus üzvləri, yerli ictimaiyyətin, elmi dairələrin və mətbuatın nümayəndələri iştiarak elər.


Baxış sayı - 1 356 | Yüklənmə tarixi: 28.10.2017 15:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930