Martın 9-da Çex Respublikasının Azərbaycan Respublikasındakı səfirinin müavini cənab Petr Vaqner Tərcümə Mərkəzində olub. Görüşdə Mərkəzlə Çex səfirliyinin bir sıra layihələri - çex dilinə tərcümə prosesində olan "Müasir Azərbaycan ədəbiyyatı" antologiyasının, eləcə də Nizami Gəncəvinin "Xəmsə"sinin Çexiyada nəşri, həmçinin Çex ədiblərinin əsərlərindən ibarət olacaq "Müasir Çex ədəbiyyatı antologiyası"nın Azərbaycanda nəşri və Çex-Azərbaycan əlaqələrinin inkişafına dair digər məsələlər müzakirə olunub.
MANERA.AZ
Baxış sayı - 1 296 |
Yüklənmə tarixi: 10.03.2017 19:34