manera.az
manera.az

“Zorən şorgöz” tamaşası təqdim olunub

📅 30.10.2017 10:34

 “Zorən şorgöz” tamaşası təqdim olunub

Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, ingilis dramaturqu
Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanan
iki hissəli komediyanın tərcüməçisi və quruluşçu rejissoru əməkdar
artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi
tərtibatçısı Həmid Kazımzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada rolları əməkdar artistlər Nicat Kazımov (Riçard Uilli), Aslan
Şirin (Corc Piqden), Mehriban Xanlarova (Ceyn Uorzinqton), Kazım
Abdullayev (Müdir), aktyorlar Rəşad Bəxtiyarov (Ofisiant), Mətləb
Abdullayev və Rövşən Kərimduxt (Ronni), əməkdar artist Şəlalə
Şahvələdqızı (Pamela), aktyorlar Şəhla Əliqızı (Qledis), Vüsal
Mustafayev (Detektiv), Dilarə Nəzərova (Mariya) ifa edirlər.

Tamaşanı Dilbər İsmayılova idarə edib. Səhnə əsərinin ilk nümayişi 8
iyun 2013-cü ildə baş tutub.


Baxış sayı - 960 | Yüklənmə tarixi: 30.10.2017 10:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031