manera.az
manera.az

Nicat Kazımov “Leyli və Məcnun”u səhnələşdirir - MANERA.AZ

📅 17.06.2016 10:54

Nicat Kazımov “Leyli və Məcnun”u  səhnələşdirir - MANERA.AZ
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşq prosesinə start verilib.

Manera.az xəbər verir ki, orta əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlıq işlərinə başlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar Artist Nicat Kazımovdur.

Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Həmid Kazımzadə olan yeni səhnə əsərində əsas obrazları Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova və başqaları ifa edəcəklər.

İlk dəfə dramatik janrda hazırlanacaq yeni səhnə əsərinin premyerasının 89-cu teatr mövsümünün əvvəllərində təqdim olunması nəzərdə tutulub.


Baxış sayı - 2 684 | Yüklənmə tarixi: 17.06.2016 10:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031