manera.az
manera.az

Yazıçı Aleksandr Bondarev ADU-da olub

Yazıçı Aleksandr Bondarev ADU-da olub
Moskva Dövlət Linqvistik Universitetinin (MDLU) Ədəbiyyat kafedrasının müdiri, professor və yazıçı Aleksandr Petroviç Bondarev Azərbaycan Dillər Universitetində (ADU) universitet rəhbərliyi və professor-müəllim heyəti ilə bir sıra görüşlər keçirib.

MANERA.AZ xəbər verir ki, ADU və MDLU arasında təhsil ADU-nun Rusiyaşünaslıq, Azərbaycanşünaslıq və digər elmi-tədqiqat laboratoriyalarının əməkdaşlarının iştirak etdiyi görüşlərdə A.P.Bondarev ADU-da olmaqdan xeyli məmnun olduğunu bildirib. Bir sıra beynəlxalq tədbirlərin iştirakçısı olduğunu deyən dilçi alim Azərbaycanda özünü səmimi mühitdə hiss etdiyi üçün daha rahat olduğunu sözlərinə əlavə edib.

Daha sonra MDLU-da rəhbəri olduğu Ədəbiyyat kafedrasının fəaliyyət istiqamətləri, professor-müəllim heyəti haqqında iştirakçılara ətraflı məlumat verən A.P.Bondarev pedaqoji fəaliyyətinin onun elmi araşdırmalar və tezislərində, eyni zamanda həyatında əhəmiyyətli rolunun olduğunu bildirib: “Mən öz ixtisasımı sevirəm. Auditoriyalarda mühazirə oxuduğum zaman işlədilən bəzi spontan cümlələrin daha sonra sitat, yaxud məqalə kimi qarşıma çıxdığının şahidi olmuşam. Qeyd etmək istərdim ki, müəllim dərsi nə qədər maraqlı tədris edərsə, proqramlaşdırılmamış çıxışlar da daha sonra tələbələrlə maraqlı fikir mübadiləsi ilə nəticələnəcək”.
Yazıçı Aleksandr Bondarev ADU-da olub
Müxtəlif ədəbi cərəyanlar, tərcümə sahəsində mövcud yeniliklərə də toxunan dilçi alim Filologiya və jurnalistika fakültəsinin tələbələrinə “Ares və Edip: dünya mədəniyyətinin iki qütbü” adlı mühazirə oxuyub. A.P.Bondarev mühazirədə ədəbi və mifoloji əsərlərdə təsvir olunan fərdlər arasındakı münaqişələrin ümumbəşəri münaqişə səviyyəsində təhlil olunmasının vacibliyindən söhbət açıb, o cümlədən qəhrəmanların mənəvi dünyasının tədqiq olunması vasitəsilə müasir ədəbiyyat sahəsinə nəzər yetirilməsinin vacib olduğunu deyib: “Ədəbi və mifoloji janrlarda yazılan əsərlərin qəhrəmanlarının daxili təkamül yolları onların hərəkətlərinə sirayət edir. Cilovlana bilməyən emosiyalar qəhrəmanların təlatümlü yüksəlişinə səbəb olur”. Ziqmund Freyd tərəfindən əsası qoyulan Psixoanaliz nəzəriyyəsinin qanunları haqqında söhbət açan professor matriarxat və patriarxat dövrlərində mövcud olan fərdi və sosial problemlərə də toxunub.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə sona yetib.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031