manera.az
manera.az

Mədəniyyətimiz Kiyevdə beynəlxalq festivalda təqdim olunub

Mədəniyyətimiz Kiyevdə beynəlxalq festivalda təqdim olunub
Azərbaycan xalqının mədəniyyəti, milli mətbəxi Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq festivalda təqdim olunub.

MANERA.AZ xəbər verir ki, Kiyev şəhər Dövlət Administrasiyasının təşkilatçılığı ilə keçirilən “Outlook world culture festival” (Dünya mədəniyyətinin perspektivləri) adlı beynəlxalq tədbirdə 40-dan çox ölkə ilə yanaşı, Azərbaycanın stendi də nümayiş etdirilib.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev tədbir çərçivəsində digər səfirlərlə birgə “Azerbaijan” adlı yazını simvolik ağacdan asıb. Səfir gələn qonaqlara Azərbaycan mədəniyyəti, onun tarixi, milli mətbəximiz haqqında geniş məlumat verib. A.Xudiyev, həmçinin Ukraynanın tanınmış “1+1”, “2+2” və digər telekanallara Azərbaycan haqqında müsahibə verib.

Tədbirdə Kiyev sakinləri, qonaqları, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxi sayılan paxlava paylanılıb.

Qeyd edək ki, bu festival ənənəvi olaraq hər il keçirilir. Tədbirin məqsədi dünya mədəniyyətini, tarixini təbliğ etməkdir. Bu, sayca dördüncü festivaldır. Festivalın ilk gününə maraq çox böyük olduğundan, uzun növbə yaranıb.
Mədəniyyətimiz Kiyevdə beynəlxalq festivalda təqdim olunub
Mədəniyyətimiz Kiyevdə beynəlxalq festivalda təqdim olunubБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930