manera.az
manera.az

Azərbaycanda ilk təhsil ekosisteminin açılışı olacaq

  Azərbaycanda ilk təhsil ekosisteminin açılışı olacaq
2015-ci ildən fəaliyyət göstərən və rəsmi İELTS test məkanı olan World Language Center Azərbaycanlı gənclər üçün yeni təhsil imkanları yaratmaqda davam edir.

Manera.az xəbər verir ki, 4 noyabr tarixində start veriləcək yeni layihəyə uyğun olaraq tələbələr xaricdə təhsil almış peşəkar müəllimlərdən xarici dilləri öyrənməklə bərabər, eyni zamanda, asudə vaxtlarında LANGUAGE CAFE (Dil Kafesi)-dən də istifadə edə biləcəklər. Eyni zamanda gənclərimizin xarici ölkələrdə təqaüdlə təhsil arzularını reallaşdıran Mərkəzdə mütəmadi olaraq seminarlarin, tehsil sərgilərinin və treninqlərin də keçirilməsi nəzərdə tutulur.

Dünyanın nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq edərək xarici mütəxəssisləri ölkəmizə dəvət edən World Language Center, gənclərin xarici dilləri qısa zamanda öyrənə bilmələri üçün geniş xarici dil kitablarından ibarət kitabxana da yaradıb. Yaxın gələcəkdə Mərkəzin nəşriyyat evi də tam gücü ilə ölkə gənclərinə xidmətini təqdim edəcək. Mərkəzin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycanda ilk dəfə çox funksiyalı bir təhsil ekosistemi olan Mərkəz həm mədəniyyət mərkəzi, həm də xarici dil kafesi, xarici dil kursları, rəsmi imtahan məkanı, xaricdə təhsil mərkəzi və nəşriyyat evi kimi gənclərə xidmət göstərəcək.

Mətbuat işçiləri 4 noyabr açılışına dəvətlidir.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031