manera.az
manera.az

Gənc rəssamın fərdi sərgisi - FOTO / MANERA.AZ

Gənc rəssamın fərdi sərgisi - FOTO / MANERA.AZ
Bakıda gənc quramaçı rəssam Humay Zahirqızının əl işlərindən ibarət “Mənim quramam” adlı sərgisi açılıb.

MANERA.AZ xəbər verir ki, “Olimpik Star” idman əyləncə kompleksində reallaşan sərgi xeyriyyə məqsədilə keçirilib. Sərgidə gənc rəssamın 150-dək sənət əsəri nümayiş olunub. Bunların arasında saat fiqurunda zamanın və ömrün unikal formada ifadəsi, gəmi işində müəllifin həyat yolu haqda düşüncələri, güldan və digər əşyalar üzərində daşlardan yaradılan ecazkar rəng çalarları və qədim quramanın bütün çalarları nümayiş olunub.

Yerli və xarici qonaqların da qatıldığı sərgi böyük maraqla qarşılanıb.

Qeyd edək ki, bu, Humay Zahirqızının sayca 9-cu fərdi sərgisidir.

Müxtəlif beynəlxalq müsabiqələrdə birincilik qazanan Humay Zahirqızı “Türk mədəniyyətinə xidmətlərinə” görə mükafata layiq görülüb. Həmçinin H.Zahirqızına Türkiyənin Ankara, İzmir, Samsun və Ordu şəhərlərində keçirdiyi fərdi sərgilərdə layiqli təmsilinə görə Türk Dərnəkləri Federasiyası tərəfindən müxtəlif mükafatlar təqdim olunub.


Gənc rəssamın fərdi sərgisi - FOTO / MANERA.AZ
Gənc rəssamın fərdi sərgisi - FOTO / MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031