manera.az
manera.az

"Şeir ovqatdan asılıdır"- MÜSAHİBƏ

"Şeir ovqatdan asılıdır"- MÜSAHİBƏ


Son dövrlər müzakirə olunan gənc və istedadlı şair Rəşad Nağı Mustafa ilə söhbəti təqdim edirik.

- Necə oldu ki, şeirlərin birdən-birə müzakirə olundu?

- Şeirlərimin müzakirə olunması üçün xüsusi nələrsə etməmişəm. Ən son şeirim daha çox müzakirəyə səbəb oldu, bunda da dəyərli şair Salam Sarvanın böyük rolu oldu.

- Şeir yazmağa nə zamandan başlamısan?

- Məktəb illərindən bəri, ta kitabım çıxana qədər yazıb cırmışam.

- Poeziya sənin üçün ruhi tələbatdır, ya rahatlanmaq vasitəsi?


- Poeziya mənim üçün ruhun tələbatını ödəyib rahatlanmaqdı.

- Şeirdə nələrə diqqət edirsən?

- Şeirdə səmimiyyət olmalıdır. Mən də səmimi yazmağa çalışıram. Əsas hissdir. Şeir qurmaqdan çox uzağam. Texnikanı bilmək kifayət deyil. Hətta bilməmək yaxşıdır. Gərək necə düşünürsən, elə də yazasan.

- Nəzmin xüsusi bir qafiyələnmə qaydası olduğuna inanananlardansanmı?

- Düşünürəm ki, qafiyələnmə bir o qədər də vacib deyil. "Mən gün qafiyəli şeir yazacam" deyib şeir yazmaz şair. Şeir necə gəlirsə, elə də yazasan gərək. Mən inandım-inanmadım ədəbiyyatımızda sərbəst şeirin 8 növü mövcuddur. Qəbul edirəm və sevirəm.

- Azərbaycan və dünya ədəbiyyatında ən sevdiyin şairlər kimlərdir?

- Vaqif Səmədoğlu pik nöqtədir mənim üçün. Salam Sarvan yeganə şairdi ki, bir şeiri hər dəfə fərqli zövq verir
Dünya ədəbiyyatına gəldikdə, elə də çox uzağa getməmişəm. Türkiyyə poeziyasına çox vaxt ayırıram. Didem Madak, Atilla İlhan ən sevdiklərimdəndi.

- Nəsrdə nələrə fikir verirsən daha çox?

- Nəsrdə ciddi nəsə yazmamışam. Oxuyuram vaxt olduqca.

- Sevdiyin yazarlar kimlərdir?

- Tolostoyu sevirəm, Corc Oruell, Ülviyyə Tahirin çox gözəl hekayələri var.

- Ədəbiyyatda özün üçün müəyyənləşdirdiyin bir pillə varmı gələcəkdə?

- Ədəbiyyat mənim həyatımda 3-cü, bəlkə də 4-cü planda yer tutur. Daha çox öz işimə vaxt ayırıram. Şeirdi də, ovqatdan aslı olan şeydi.

- "Uğurlu şair" nə deməkdir?

- Uğurlu şair" şeirləri ilə xidmət edə biləndir. Uğurlu şair Xəlil Rza Ulutürkdür.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031