manera.az
manera.az

Elmi ədəbiyyatımız üçün daha bir tərcümə

📅 22.08.2017 16:18

Elmi ədəbiyyatımız üçün daha bir tərcümə


Hazırda dünya əhalisi 7.5 milyarddır və insan növü fəaliyyəti ilə planetin iqliminə təsir edən, onun qaynaqlarını sonuna qədər istehlak edən və ətraf mühiti, təbiətin özünü bərpa etməsinə imkan tanımadan çirkləndirən yeganə növdür.
Evdard Vilson, yaşayan ən böyük bioloqlardan və bizi gözləyən (bəzi hallarda artıq içərisində olduğumuz) problemlərdən hər bir planet sakinini xilas etməyə çalışan bir alimdir. Qarışqaları öyrənən aparıcı bioloq, sosiobiologiya, biomüxtəliflik, ada biocoğrafiyası nəzəriyyələrinin müəllifi, təbiətin mühafizə edilməsi üçün yorulmadan çalışan aktivistdir.
Onun "Gənc alimə məktublar" əsəri Misirzadə Yayınlarının ilk nəşridir. Əsər Yalçın İslamzadənin məsləhəti və Elmir Misirzadənin təşəbbüsü ilə nəşrə hazırlanıb.
Tərcüməçi - Aybəniz Həsənova ,Aygün Qurbanlı.
Redaktor və tərtibatçı - Səbuhi Şahmursoy.
Elmi redaktor - Orxan Əmrullayev.
Texniki dəstək və təşkilatçılıq - "Kitabsevərlər" qrupu.

Ümid edirik ki, Vilsonun gənc oxucuları üçün qələmə aldığı bu kitab onları professional bioloq olmağa həvəsləndirəcəyi kimi, özümüzü, insanları, planetimizi və onun problemlərini daha yaxından tanımaq üçün həvəsli biologiya oxucularına da çevirəcək.

MANERA.AZ


Baxış sayı - 1 293 | Yüklənmə tarixi: 22.08.2017 16:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031