manera.az
manera.az

Turqay Vəlizadənin diplom tamaşası

📅 21.05.2017 09:57

Turqay Vəlizadənin diplom tamaşası
Rejissorluq üzrə magistr təhsilini başa vuran H.Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram teatrının rejissoru Turqay Vəlizadənin diplom tamaşasının nümayişi olunacaq.

Rejissor Turqay Vəlizadə Gürcüstanda fəaliyyət göstərən və Gürcüstanda Tbilisidə Şota Rustaveli adına Tbilisi Dövlət teatr və kino universitetinin magistr dərəcəsi olan ilk Azərbaycanlı rejissoru adına layiq oldu.

Turqay Vəlizadə 10-a qədər teatr və 2 radio tamaşanın quruluşçu rejisorudur.

Həmçinin beynəlxalq teatr festivallarında və beynəlxalq layihələrdə rejisor kimi iştirak edib. 2015 ildə Litvada beynəlxalq teatr festivalında teatr eksperti kimi də iştirak edib.

Qeyd edək ki, may ayının sonu beynəlxalq layihə çərçivəsində rejissor Turqay Vəlizadə Litvaya N.Dumbadzenin “Didro” əsərinin motivləri əsasında tamaşa hazırlamağa gedir.

Layihə Gürcüstan respublikasının mədəniyyət və abidələrin qorunması nazirliyi tərəfindən dəstəklənir.

Turan Etibaroğlu


Baxış sayı - 1 281 | Yüklənmə tarixi: 21.05.2017 09:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031