manera.az
manera.az

“Sarvan” folklor ansamblı beynəlxalq rəqs festivalında | MANERA.AZ

📅 18.06.2015 12:24

 “Sarvan” folklor ansamblı beynəlxalq rəqs festivalında | MANERA.AZ

Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) nəzdində fəaliyyət göstərən “Sarvan” folklor ansamblı Türkiyənin Dənizli şəhərində keçirilən 15-ci rəqs festivalında iştirak edib.

AMM-dən bildiriblər ki, ansambl 7 gün davam edən festivalda gürcü və Azərbaycan xalq rəqslərini səsləndirib, mədəniyyət nümunələrini nümayiş etdirib.

Dənizli şəhər bələdiyyəsinin təşkil etdiyi festivala 11 ölkədən 380-nə yaxın nümayəndə qatılıb.

“Sarvan” ansamblının çıxışları, xüsusən də aşıq mahnıları, Azərbaycan və gürcü xalq rəqsləri yerli əhali və xarici təmsilçilər tərəfindən alqışlar və böyük maraqla qarşılanıb.

Ansamblın üzvlərinə mükafatlar təqdim olunub.

Festivalın sonunda təşkilat komitəsi ən yaxşı iştirakçıları seçərək ənənəvi Zeybək rəqsini ifa etmək üçün səhnəyə dəvət edib. Onların sırasında “Sarvan” ansamblının üzvləri də olub.

Qeyd edək ki, 9 ildir fəaliyyət göstərən “Sarvan” folklor ansamblının nəzdində aşıqlar, gürcü və Azərbaycan rəqs qrupları, mahnı və musiqi bölmələri fəaliyyət göstərir.

Ansambl bir çox beynəlxalq və ölkə daxili müsabiqələrdə iştirak edib mükafatlara layiq görülüb.

 “Sarvan” folklor ansamblı beynəlxalq rəqs festivalında | MANERA.AZ
 “Sarvan” folklor ansamblı beynəlxalq rəqs festivalında | MANERA.AZ


Baxış sayı - 3 355 | Yüklənmə tarixi: 18.06.2015 12:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031