manera.az
manera.az

Salam Sarvan: “Sonradan düşündüm ki, bu, ciddi səhvdir”...- MANERA

📅 02.06.2015 17:54

Salam Sarvan: “Sonradan düşündüm ki, bu, ciddi səhvdir”...- MANERA

Salam Sarvan istefa xəbərinə aydınlıq gətirdi

Bu sözləri şair Salam Sarvan BSU Yaradıcılıq fakültəsindəki işindən çıxması ilə bağlı danışarkən deyib:

“Düzü, təbiətimdəki tənbəllik, hövsələsizlik mənə ara-sıra problemlər yaradır. Bəzən hansısa işdən tez yoruluram. Və bəzən də şəxsi ovqatıma, daxili gərginliyimə uyğun emosional qərarlar qəbul edirəm. Yaradıcılıq fakültəsindəki işimdən yorulub çıxmağımla bağlı Feysbukdakı statusum da belə qərarlardan biri idi. Amma sonradan düşündüm ki, bu, ciddi səhvdir. Tələbələrimizi və dostlarımızı təəssüfləndirən səhvdir. Ən əsası, mənə həmişə hörmətlə yanaşmış, fakültəni mənə etibar eləmiş dostlarımıza qarşı səhvdir. Yəni təkcə öz ovqatını düşünəcək qədər eqoist olmaq olmaz. Dostları məyus eləmək olmaz. Qalıb işləmək lazımdır. Nə isə, Allah mənə ağıl versin”.

Xatırladaq ki, bir neçə gün əvvəl Salam Sarvan BSU Yaradıcılıq fakültəsindəki işindən getməsilə bağlı status yazmış və bu status əsasında bəzi saytlar xəbər vermişdi. /axar.az


Baxış sayı - 2 016 | Yüklənmə tarixi: 02.06.2015 17:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031