manera.az
manera.az

“Human” Teatrından yeni tamaşa gəlir

📅 17.06.2017 00:51

“Human” Teatrından yeni tamaşa gəlir


Müstəqil “Human” Teatrı növbəti tamaşasını hazırlayır. Teatrdan Manera.Az-a verilən məlumata görə “Human”Teatrı bu dəfə Sergey Aleksandroviç Yeseninin “Qara adam” poeması əsasında “Anqleter” adlı mono-tamaşanı səhnələşdirəcək.


Azərbaycanda ilk dəfə səhnələşdiriləcək əsərin quruluşçu rejissor Şamil İbrahimovdur.

Tamaşa üzərində hazırda son hazırlıq prosesi gedir.

Qeyd edək ki, müstəqil “Human” teatrının bədii rəhbəri respublikanın əməkdar artisti Pərviz Məmmədrzayev , direktoru Şamil İbrahimovdur.
Teatrın ilk tamaşası Slavomir Mrojek "Karol" tragikomediyasının motivləri əsasında "Üçüncü" adlı tamaşa olub.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 574 | Yüklənmə tarixi: 17.06.2017 00:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930