manera.az
manera.az

Azərbaycanda yeni bir müstəqil Teatr yarandı|MANERA.AZ

Azərbaycanda yeni bir müstəqil Teatr yarandı|MANERA.AZ


Azərbaycanda yeni yaranmış müstəqil “Human” teatrı müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı yaradılmış ilk teatrdır.

“Human” Teatrının repertuarında humanizm ideyalarından, gender problemlərindən, insan hüquqlarından və hüquq bərabərliyindən bəhs edən tamaşalar yer tutacaqdır.

“Human” teatrının ilk tamaşası "Üçüncü" tragikomediyası insanın öz xoşbəxtliyini başqalarının bədbəxtliyinin üzərində qurmağından, öz canını qurtarmaq üçün vicdan əzabı çəkmədən başqalarının həyatını qurban verməsindən bəhs edir. Əzici qüvvənin amalı sərtdir: "Kim bizimlə deyilsə, bizə qarşıdır!" Tamanın ideyası isə budur: "Ziyalı nadanlığın qarşısından qorxub qaçanda cəmiyyətin faciəsi başlayır."

Tamaşa polşanın tanınmış yazıçı dramaturqu Slovomir Mrojekin “Karol” tragikomediyası əsasında hazırlanıb.

Azərbaycanda yeni bir müstəqil Teatr yarandı|MANERA.AZ


“Üçüncü” tamaşası Respublikanın əməkdar artisti Pərviz Məmmədrzayev tərəfindən hazırlanıb.Rolları teatrın aktyorları Elgün Həmidov, Ziya Ağa və Şamil İbrahimov ifa edəcək.

Premyera 29 mart 19:00-da Xəzər Universitetinin ikinci kampusunda yerləşən teatr zalında olacaq.

Qeyd edək ki, teatrın bədii rəhbəri Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcılarından biri, keçmiş “Simsar” teatr–studiyasının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin baş müəllimi, teatr və kino aktyoru, Respublikanın əməkdar artisti Pərviz Məmmədrzayev, direktoru isə Akademik Milli dram teatrında fəaliyyət göstərmiş teatr və kino aktyoru Şamil İbrahimovdur.

Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728