Mövlud Mövludun anım gecəsi keçirildi | MANERA.AZ
Manera.az
Bu gün Yunus Əmrə İnstitutu – Mədəniyyət Mərkəzində gənc yazıçı Mövlud Mövludun anım gecəsi keçirilib.
Manera.az xəbər verir ki, tədbir Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, şair Qismət Rüstəmovun təşkilatçılığı ilə baş tutub.
Tədbirə mərhum yazıçı Mövlud Mövludun dostları və qələm yoldaşları qatılıb.
Öncə Q.Rüstəmov çıxış edərək bu tədbirin həyata keçirilməsi üçün mərkəzdə şərait yaradan Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırıma təşəkkür edib.
İbrahim Yıldırım çıxış edərək qonaqları salamlamış, mərhuma Allahdan rəhmət diləmişdir.
Daha sonra yazıçının dostları onun haqqında xatirələrini bölüşmüş, onun əsərlərinin toplanaraq kitabının çap olunacağını qeyd etmişlər.
Tədbir kövrək notlarla sona çatmışdır.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Mövlud Mövlud (Abdullayev Mövlud İsmayıl oğlu) martın 16-da gecə saat 02:00 radələrində 7-ci mikrorayonun Axundov küçəsində yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etmişdir.
Allah rəhmət eləsin!
Manera.az