manera.az
manera.az

Aslan Quliyevin yeni romanı çap olundu

📅 26.05.2017 13:25

Aslan Quliyevin yeni romanı çap olundu
Yazıçı Aslan Quliyevin “İsti və soyuq torpaqlarda” adlı romanı “Qanun” nəşriyyatında çapdan çıxıb.

Manera.az xəbər verir ki, romanda müəllif özünə məxsus yazı tərziylə eyni gündə öldürülən qabanın, porsuğun və canavarın ruhlarının can verdikləri, görünüşləri, xasiyyətləri ilə də bu heyvanlara oxşayan üç dostun isti və soyuq torpaqlardakı maraqlı, gərgin, qəribə həyatlarından, bu torpaqlara dəniz sahillərindən gələn “Balıq başı yeyənlər”, Sibirdən gələn “Yelqovanlar”, Ərdəbil ətrafındakı dağlardan gələn “Qəlyançəkənlər”, “Başkəsənlər”, bu torpaqlarda yaşayan “Oğraşlar”, “Duzəkənlər” tayfalarının qeyri-adi adətlərindən, insanlarla insanlar, insanlarla heyvanlar arasındakı qan davalarından, həyəcanlı, təhlükəli eşq macəralarından, digər tayfalardan, millətlərdən söz açır.

Sevda,
Manera.az


Baxış sayı - 1 722 | Yüklənmə tarixi: 26.05.2017 13:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930