manera.az
manera.az

"Dəniz və biz" - Yeni imza

📅 08.05.2017 16:02

"Dəniz və biz" - Yeni imza
Lalə Mövsümova 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və Dizayn fakültəsini Xalçaçı Rəssam ixtisası üzrə bitirib.

Dəniz və biz
esse

Dənizə açılan bir pəncərə olsa... Qalın şərfə bürünüb o dəniz mənzərəsinə baxsam... Bütün olub keçənləri xatırlasam... Bir vaxt xoşbəxt olan o məni və məni xoşbəxt edən o gözlərini görsəm... İkimizi, xəyallarımızı bir tamaşa kimi dənizin üzərində, gözümün önündə canlandırsam. Orada cavan olsam... Bir də sən mənə oradan gülümsəsən... Hər şeyi yenidən başlasaq, yalansız, söz-söbətsiz, hətta, səssiz. Səsimizi belə çıxarmasaq... Gözlərimiz danışsın, illərdir yığılıb qalanlardan, peşmanlıqdan, yaşaya bilmədiklərimizdən. Əllərimizi qorxmadan, çəkinmədən, ətrafa baxmadan bir-birimizə uzatsaq... Gözümüzü belə yummasaq, öpüşəndə də bir-birimizə baxsaq... Elə oradaca suya uzansaq, sevişsək... Hərarətimizi dəniz soyutsa... Günahlarımızı dəniz yusa... Göz yaşlarımız dənizə qarışsa... Özümüz də dənizə qarışıb, böyük bir dalğaya çevrilib qalxsaq hündürə... Sonra da çırpılsaq qayalara var gücümüzlə... Ağrımız, acımız qayalardan süzülsə... İllərin ağrısından qurtulsaq... Rahatlaşsaq...


Baxış sayı - 2 468 | Yüklənmə tarixi: 08.05.2017 16:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031