manera.az
manera.az

80 yaşlı “Koroğlu”

📅 30.04.2017 11:19

80 yaşlı “Koroğlu”

"Koroğlu" operasının ilk proqramı, 1937 il

Aprelin 30-da ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin yaradıcılığının zirvəsi sayılan “Koroğlu” operasının ilk tamaşasının 80 ili tamam olur.

Ölməz bəstəkarın yaradıcılığında kulminasiya mərhələsi olan "Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunələrdən biridir. 5 pərdəli operanın libretto müəllifləri H. İsmayılov və M.S. Ordubadidir. Librettonun yaradılmasında Hacıbəyov fəal iştirak etmişdir. Üzeyir Hacıbəyov opera üzərində 1932-1936-cı illərdə işləmiş, ilk tamaşa 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olmuşdur.İlk tamaşada Baş rolları Bülbül (Koroğlu), G.İsgəndərova (Nigar),X.Haqverdiyev(Alı), M. Bağırov(Həsən Xan),Ə.Zülalov(İhsan Paşa),B.Mustafayev(İbrahim Xan),K.Hüseynov(Həmzə Bəy),K. Hüseynov(Polad),K. İskenderov(Təlxkək) və digərləri ifa etmişlər.

1937-ci illərdə opera Azərbaycanda,ümumiyyətlə Zaqafqaziyada, Orta Asiya, Türkiyə və İranda geniş yayılmışdır.

Opera 1938 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında nümayiş etdirilmiş və 1941-ci ildə müəllifinə Stalin mükafatı laureatı adını qazandırmışdır.
“Koroğlu” operası Azərbaycan musiqili teatrının parlaq yüksəlişinə səbəb oldu. Onun səhnə taleyində Üzeyir Hacıbəyli musiqisini dərindən duyan Niyazinin böyük rolu vardır. Operaya həmçinin Əşrəf Həsənov, Rauf Abdullayev, Kazım Əliverdibəyov və başqaları dirijorluq etmişlər. 80 yaşlı “Koroğlu” səhnəyə qədəm qoyduğu gündən neçə-neçə sənətkar nəsli yetişdirib. Müxtəlif illərdə Koroğlu obrazını yüksək peşəkarlıqla yaradan Bülbül, Lütfiyar İmanov kimi sənətkarlarla yanaşı, gənc nəslin nümayəndələri - Samir Cəfərov, Həsən Enami, Ülvi Qılınc da bu obrazın öhdəsindən layiqincə gələ bilmişlər.
Əsər 1958-ci ilə qədər İ.Hidayətzadənin, sonralar isə F.Səfərovun quruluşunda təqdim olunmuşdur. Bülbüldən sonra Koroğlunu Lütfiyar İmanov, Adil Məlikov canlandırmışlar. Nigar rolunda isə Firəngiz Əhmədova, Fidan Qasımova, Xuraman Qasımova çıxış etmişlər.

80 yaşlı “Koroğlu”



"Koroğlu" operasına görə Üzeyir Hacıbəyov 1941 ildə Stalin mükafatına layiq görülmüşdür. 1938 ildə opera Moskvada Azərbaycan incəsənəti dekadasında böyük müvəffəqiyyət qazanmışdır. AOBT-nda "Koroğlu"-nun 1943 (rus dilində; dirijor Niyazi), 1959 (rej. M. Məmmədov, dirijor Niyazi, rəssam Ə. Fətəliyev), 1975 ildə (rej. F. Səfərov, dirijor R. Abdullayev, rəssam T. Salahov) yeni quruluşları hazırlanmışdır. "Koroğlu" Aşqabad (1939, türkmən dilində), İrəvan (1942, erməni dilində) və Daşkənddə (1950, özbək dilində) tamaşaya qoyulmuşdur. AOBT-nın qastrol tamaşaları zamanı "Koroğlu" Təbriz, Tiflis, Kiyev, Peterburq və s. ş.-lərdə göstərilmişdir. "Koroğlu"nun 1952, 1970 illərdə klaviri və partiturası nəşr olunmuş, opera vala yazılmışdır.
80 yaşlı “Koroğlu”

"Koroğlu" operasının afişası, 1939 il

2009, 2010-cu illərdə TÜRKSOY-un təşkilatçılığı ilə keçən Beynəlxalq İstanbul Opera Festivalı çərçivəsində professor Rauf Abdullayevin dirijorluğu və Həsən Enami (Koroğlu), Zemfira İsmayılovanın (Nigar) iştirakı ilə tamaşaya qoyulan opera böyük müvəffəqiyyət qazanmışdır.

Hal-hazırda Azərbaycan Dövlət Opera və Balet Teatrın səhnəsində rolları amaşada xalq artisti Samir Cəfərov və əməkdar artist Ramil Qasımov “Koroğlu” ifa edirlər.Gənc və istedadlı vokalçı İlahə Əfəndiyeva “Nigar” Tamaşada həmçinin Azərbaycanın xalq artistləri Şahlar Quliyev, Əli Əsgərov, Nəzakət Teymurova, habelə əməkdar artistlər Nizami Bağırov, Sabir Əliyev və b. çıxış edirlər.Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.
Qeyd edək ki, "Koroğlu" xalq dastanı operanın süjet əsasını təşkil edir. Operanın musiqisində Azərbaycan xalqının tarixi taleyi, xarakteri, psixologiyası, bütövlükdə dünyagörüşü əksini tapmışdır. "Koroğlu" tipik xalq qəhrəmanlıq dastanıdır. "Koroğlu"da opera sənətinə xas bütün əlamətlər bəstəkarın milli musiqi təfəkkürü süzgəcindən keçərək kamillik səviyyəsində yaradılmışdır.

80 yaşlı “Koroğlu”


Turan Etibaroğlu
MANERA.AZ


80 yaşlı “Koroğlu”

"Koroğlu" operasına həsr olunmuş SSRİ poçt markası (1966).

80 yaşlı “Koroğlu”


Baxış sayı - 2 410 | Yüklənmə tarixi: 30.04.2017 11:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031