manera.az
manera.az

Azərbaycanlı rejissora “Dünya Vətəndaşı” adı verildi

📅 08.07.2016 12:08

Azərbaycanlı rejissora  “Dünya Vətəndaşı” adı verildi
Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrının baş rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq Artisti, dövlət mükafatı laureatı Firudin Səfərova “Dünya Vətəndaşı” adı verilib.

Manera.az-ın məlumatına görə, F.Səfərovu bu ada UNESCO - Strategiya 2014-2021 illərdə qlobal vətəndaşlığın formalaşdırılması proqramı, Yunanıstandakı Dünya Fəlsəfə Forumu (DFF) və Afina şəhərindəki Sokrat Fəlsəfə Məktəbi (SFM) layiq görüb.

DFF-nun Fəxri Prezidenti, SFM-nin rektoru Evanqelos Mutsopulosun imzası ilə soydaşımıza göndərilən sertifikatda deyilir ki, Səfərov Firudin Səttar oğlu beynəlxalq vətəndaş biliklərinə yiyələndiyi və peşəsinin ustası olduğu üçün “Dünya Vətəndaşı-21-ci əsr” yüksək beynəlxalq statusu daşımağa layiq görülür.

Daşkəndə gəlməzdən əvvəl Firudin Səfərov 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləyib, bu mədəniyyət ocağında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operalarına quruluş verib .

Tanınmış rejissor artıq 40 ilə yaxındır ki, Daşkənddə fəaliyyət göstərir. O, Bakı və Daşkənd teatrlarında 70-dən artıq müasir və klassik opera tamaşalarına quruluş verib.

Firudin Səfərovun 70 illik yubileyi Daşkənddə yüksək səviyyədə qeyd olunub və opera sənəti qarşısındakı xidmətlərinə görə Özbəkistan Prezidenti İslam Kərimovun Fərmanı ilə “Əmək şöhrəti” ordeni ilə təltif edilib.


Baxış sayı - 1 541 | Yüklənmə tarixi: 08.07.2016 12:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031