manera.az
manera.az

Ülkər Hüseynovanın 80 illlik yubileyi münasibətilə tədbir keçirilib

📅 24.04.2017 13:58

Ülkər Hüseynovanın 80 illlik yubileyi münasibətilə tədbir keçirilib


Beynəlxalq Mətbuat Mərkəzində Ülkər Hüseynovanin 80 illlik yubileyi münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət və ictimai-siyasi xadimi, tanınmış jurnalist və publisist Əflatun Amaşov Azerbaycan jurnalistikasinda iz qoymuş Ülkər Hüseynovanin yaradıcıllığından söhbət açıb.

Tədbirin aparicisi Əflatun Amaşov , Rəşad Məcid, Qulu Məhərəmli , cahangir Məmmədli , Şirməmmməd Hüseynov , Nəsir Əhmədli , Mahmud mahmudov,Azadə Hüseynova Ülkər Hüseynova haqqinda xatirələrini bölüşmüşdür.

Ülkər Hüseynova 1937-ci ilin aprelin 24-də Şəki şəhərində anadan olmuşdur. 1955-ci ildə Bakidaki 132sayli orta məktəbi bitirmişdir.Azerbaycan Dövlət Üniversitetinin filologiya fakültəsinin məzunudur.1966-ci ildən "Elm və həyat" jurnalon redaksiyasinda çalışır. Elmi-texniki jurnalistikanin yaradıcılarından olan Ü.Hüseynova əvvəl şöbə müdiri ,1993-1995-ci illərdə baş redaktor müavini , 1995-1997 -ci illərdə baş redaktor vəzifəsində işləyib. Hazırda jurnalin redaktorun müavinidir. 45il ərzində çap olunmuş yüzlərlə müxtəlif janrli elmi-publistik məqalələrinin bir qismi 2004-cü ildə nəşr edilmiş "Elm və həyat" in işiğinda " adli kitabinda toplanıb.

2003-cü ildə ümummilli liderimizə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanin kimya sənayəsi " , 2006-ci ildə "Dahi Qafqazlılar" seriyasindan Lütfi zadənin həyat yoldaşı xanım Fey Zadənin "Qeyri-səlis məntiqin atasi ilə həyatim və səyahətlərim " əsərlərini ruscadan dilimizə tərcümə etmişdir. 1999-cu ildə Açıq Cəmiyyət İnistutunun keçirdiyi müsabiqənin qalibi , "rusca-azərbaycanca - ingiliscə sənaye- kimya lüğəti "nin redaksiya -nəşriyyat qrupunun üzvü olmuşdur. Ü.Hüseynovanin təhsil aldığı 132sayli orta məktəbinin 300-ə qədər məzununun həyat və fəaliyyətini əks etdirən " Mənim fəxrim- məktəbim" adlı kitabı 2008-ci ildə nəşr edilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Vətən" Media diplomuna, Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi Diplomuna , Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqinin "qızıl qələm" mükafatina layiq görülmüş, AMEA-nin fəxri fərmani ilə təltif olunmuşdur.

Sevda Həsən
Manera.az


Baxış sayı - 1 677 | Yüklənmə tarixi: 24.04.2017 13:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031