manera.az
manera.az

BAYRAQ GÜNÜ münasibətilə tədbir keçirilib - MANERA.AZ

📅 09.11.2015 14:04

BAYRAQ GÜNÜ  münasibətilə tədbir  keçirilib - MANERA.AZ
Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıt Dövlət Dram teatrında Dövlət Bayrağı günü münasibəti ilə möhtəşəm tədbir keçirib.

Öncə foyedə Sumqayıt şagirdlərinin dövlətçilik düşüncələrini özündə əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Aparıcılar - SDDT-nin aktyorları əməkdar artist Ilahə Səfərova və Cəlal Məmmədov qonaqları salamladı və Bayraq gününün əhəmiyyətindən danışdılar.
BAYRAQ GÜNÜ  münasibətilə tədbir  keçirilib - MANERA.AZ
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov öz çıxışında şərəf və ləyaqət mənbəyimiz, milli qürur rəmzimiz olan Azərbaycan Bayrağının bu gün siyasi arenalarda, mötəbər idman yarışlarında əzəmətlə dalğalanmasından danışdı. Habelə, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Sovetində üçrəngli Azərbaycan Bayrağının təsdiq edilməsi üçün atdığı cəsarətli addımı xatırlatdı. Digər natiqlər bu milli məfkurə, şərəf və ləyaqət gününün əhəmiyyətindən danışdılar. Sonra hərbi forma geyinmiş Sumqayıt şagirdləri Azərbaycan Bayrağını səhnəyə gətirdilər.

Sonda tədbirin bədii hissəsi keçirildi.

Tanınmış sənətkarlar - Mənsum Ibrahimov, Tünzalə Ağayeva, Ədalət Şükürov və başqaları musiqi çələngini təqdim etdilər.

MANERA.AZ


Baxış sayı - 3 421 | Yüklənmə tarixi: 09.11.2015 14:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031