“Şah Qacar”ın 50-ci səhnə həyatı.
Oktyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” pyesi əsasında “Şah Qacar” tamaşası 50-ci dəfə nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru, teatrın direktoru, Xalq Artisti Azərpaşa Nemətov, musiqi tərtibatçısı bəstəkar, Xalq Artisti Səyavuş Kərimidir.
Səhnə əsərində Ağa Məhəmməd şah Qacar rolunu Xalq Artisti Fuad Poladov canlandıracaq.
Tamaşada digər rolları Xalq Artisti Laləzar Mustafayeva , Əməkdar artistlər Sabir Məmmədov, Məmməd Səfa, Anar Heybətov , Vidadi Həsənov , Mətləb Abdullayev, Kazım Abdullayev, Ayşad Məmmədov və başqaları ifa edəcəklər.
Gərgin dramatik səhnələr üzərində qurulan tamaşada yazıçı təxəyyülünün süzgəcindən keçən Qacar obrazı bacarıqlı sərkərdə və dövlət başçısı kimi daha çox diqqəti cəlb edir.
Qeyd edək ki,tamaşanın ilk premyerası 2013-cü il iyulun 13-də olub.
Turan Etibaroğlu
Manera.az