manera.az
manera.az

"BEŞLİK"- Vüqar Şahinoğlu cavab verir/ MANERA.AZ

📅 11.03.2017 16:31

"BEŞLİK"- Vüqar Şahinoğlu cavab verir/ MANERA.AZ


Manera.az "Beşlik" layihəsində tanınan insanları qısa şəkildə başqa formada təqdim edəcək. İkinci müsahib jurnalist, ictimai fəal Vüqar Şahinoğludur.

- Ən sevdiyin musiqi?

- Ritmik janrda olan romantik musiqiləri sevirəm. Rok da sevirəm, ilahi musiqilər də. Daxilən özümü rahat hiss etdiyim anlarda bu hissləri mənə yaşadan musiqilərə dərin bir təşəkkür etmək istəyirəm. (Gülür)

- Ən sevdiyin kitab?

- Detektiv janrda oln əsərlər mənim üçün əvəzedilməzdir. Dramatik və mifik əsərləri də oxumağa üstünlük verirəm.

- Ən sevdiyin yazarlar?

- Konkret qruplaşdırmaq çətindir. Amma Çingiz Abdullayev və Qan Turalının nəsrini bəyənirəm. Dünya ədəbiyyatından isə Orxan Pamuk və Dostoyevski ən sevdiyim yazarlardır. Viktor Hüqonu da bu siyahıya aid edə bilərik.

- Ən sevdiyin fənn?

- Ən çox sevdiyim fənn tarix idi orta məktəb illərində. Amma universitet illərində hüquqla bağlı keçirilən dərslər marağıma səbəb olurdu.

- Ən sevdiyin məşğuliyyət?

- İnsanlara faydalı olmaq!

Tural İsmayılov
MANERA.AZ


Baxış sayı - 2 266 | Yüklənmə tarixi: 11.03.2017 16:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031