Manera.az "Mən olsaydım" layihəsində maraqlı suallara cavab axtarmağa çalışır. Onlar olsa, nə edərdilər? Müsahibimiz şair Faiq Balabəylidir.- Sən olsaydın, nə edərdin ki, müxtəlif qitələrdə insanlar aclıqdan ölməsin?- Mən olsaydım deyəndə, mən elə varam da... Ölüm haqdır... Aclıqdan ölməmələri üçün ac qalmamalarını tövsiyyə edərdim, İşləsinlər ki, "dişləsinlər", işi olmayanlar da iş tapsın. Ağıllı olsalar, ac qalmazlar, deyərdim.
- Sən olsaydın, Yer kürəsini məhv edən texnogen inqilabı necə dayandırardın?- Əgər əlim çatsaydı həmin texnogenlərin təyinatını yer kürəsini məhv etməyə yox, inkişaf etməsinə dəyişərdim...
- Sən olsaydın, qlobal ekoloji şüuru necə tərbiyə edərdin?- Vallah, əvvəlcə qlobal ekoloji şüuurun nə demək olmasını öyrənərdim.
- Sən olsan, necə bir əsər yazardın ki, uşaqlar daha ölməsin?- Uşaqların ölümünün qarşısını almaq üçün heç bir əsər yaza bilmərəm, amma imkanım olsa, yaradan əlim, sözüm çatsa yalvararam ki, körpələri yaşatsın, eşidər, eşitməz ta bu onun işidir.
- Sən olsan, fəlsəfə yoxsa kimyanı seçərdin?- Poeziyanı seçərdim. Poeziyada fəlsəfə də olur...
Tural İsmayılov
MANERA.AZ
Baxış sayı - 2 259 |
Yüklənmə tarixi: 06.04.2017 11:52