manera.az
manera.az

“XX əsrin teatr tendensiyaları” mövzusunda tələbə elmi konfransı keçirilib

📅 07.03.2017 21:36

“XX əsrin teatr tendensiyaları” mövzusunda tələbə elmi konfransı keçirilib



Azərbaycan Dövlət “Yuğ” teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Elmi Cəmiyyəti və Teatrşünaslıq kafedrasının təşəbbüsü ilə “XX əsrin teatr tendensiyaları” (The Solo Me and You) mövzusunda tələbə elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan Teatrşünaslıq kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə və Azərbaycan Teatr Treninq Mərkəzinin direktoru, Beynəlxalq layihələr üzrə müşavir Şaiq Səfərov “XX əsrin teatr tendensiyaları” mövzusu ilə bağlı fikirlərini bölüşüblər.

Teatr sənəti fakültəsinin müəllimi Elçin Cəfərov “XX əsr. Teatrdan qeyri-teatra doğru” və III, IV kurs tələbələrindən Dilşad Əhmədzadə “Meyerholdun teatr metodunun konseptual mahiyyəti”, İlahə Quliyeva B.Brextin “Epik teatr nəzəriyyəsi”, Dağlar Yusif M.Çexov “Aktyor texnikası - “nurlanmış aktyor”a doğru”, Nadir Əhmədov Y.Qrotovski “Yoxsul teatr poetikası”, Nisə İbadlı A.Arto və “Qəddarlıq teatrı” və Emin Əliyev T.Kantor və “Ölüm teatrı” adlı mühazirələr ilə çıxış ediblər. Sonda konfrans iştirakçıları mövzu ətrafında müzakirələr aparıb.

Turan Etibaroğlu
MANERA.AZ



“XX əsrin teatr tendensiyaları” mövzusunda tələbə elmi konfransı keçirilib


“XX əsrin teatr tendensiyaları” mövzusunda tələbə elmi konfransı keçirilib


“XX əsrin teatr tendensiyaları” mövzusunda tələbə elmi konfransı keçirilib


Baxış sayı - 2 259 | Yüklənmə tarixi: 07.03.2017 21:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031