manera.az
manera.az

Professor Aida İmanquliyevanın doğum günüdür|MANERA.AZ

📅 10.10.2016 09:09

Professor Aida İmanquliyevanın doğum günüdür|MANERA.AZ
MANERA.AZ

Bu gün (10 oktyabr,1939-cu ildə) dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, professor Aida İmanquliyeva anadan olub.

Çoxşaxəli yaradıcılığa malik, ictimai həyatda da geniş fəaliyyət dairəsinə sahib olan Aida İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açıb. Onun elmi əsərlərinin özünəməxsus yeri və əhəmiyyəti var.

Qeyd edək ki,üç monoqrafiya və 70-dən çox elmi məqalənin müəllifi olan Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.

Alimin elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunub.

Bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.


Baxış sayı - 1 335 | Yüklənmə tarixi: 10.10.2016 09:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031