manera.az
manera.az

Xalq Artisti Pərvanə Qurbanovanın doğum günüdü| MANERA.AZ

📅 02.04.2017 01:11

Xalq Artisti Pərvanə Qurbanovanın doğum günüdü| MANERA.AZ


Bu gün tanınmış teatr və kino aktrisası, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası,mürəkkəb qadın obrazlarının mahir ifaçısı,Respublikanın Xalq artisti Pərvanə Qurbanovanın doğum günüdü.

Qeyd edək ki,Pərvanə Yaqub qızı Qurbanova 1965-ci il 2 Apreldə anadan olmuşdur.1981-ci ildə Gəncə Dövlət Dram Teatrında fəaliyyətə başlamışdır.Fəaliyyətə başladığı ilk gündən bir-birindən maraqlı obrazlar yaratmışdır.Bunlardan H. Cavidin “ Мaral ”ında Маral, Ş. Qurbanovun “ Sənsiz ”ində Sevinc, N. Həsənzadənin “ Аtabəylər ”ində İnincxanım, Ə. Hacızadənin “ İtkin gəlin ”ində Əfsanə, “ Yandırılmış adam ” Narınc, N. Kərimin “ Odu atma, Promitey ” Аqasiya, О. Kamalın “ Yad qızı ” Nazan, N. Məmmədovanın “ Cavad xan ” Gülqönçə , “ Unutmaq istəyirəm ” Ülviyyə,
C. Cabbarlının “ Oqtay Eloğlu " Firəngiz, İ. Əfəndiyevin “ Mahnı dağlarda qaldı ” Şahnaz, Bukovçanın “ Qana-qan ” Gənc qadın, S. S. Axundovun “ Еşq və İntiqam ” Həcər xanım, Elçinin “ Qatil ” Qadın, “ Ölüm hökmü ” Firuzə, Elçin "Varlı qadın" Həvva, O. Altunbay "Şeyx Nizami" Qətibə,
A.DE Sent Ekzuperi "Balaca şahzadə"də Qızıl gül, M.F. Axundov "Müsyo Jordan və dərviş Məstəli şah" Şəhrəbanu, Cəlil Məmmədquluzadə "Dəli yığıncağı" Pırpız Sona, Əli Əmirli "20-ildən sonra" İşıq və s rolları ifa edib.

Gəncə Dövlət Dram Teatrı ilə yanaşı aktrisa 1990-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında işləyir, və aşağıdakı rolların ifa edib.
“Xeyir və Şər” Kürd qızı, “Məhəbəət əfsanəsi” Şirin, “Bəhram şah” Afaq, “Məhəbbətin qənimi” Sədaqət və s.

Pərvanə Qurbanovanın Milli kino sahəsində də xidmətləri az olmamışdır. Bunlardan "Xocalı faciəsi" haqqında çəkilən "Haray" filmində baş rolda ifa edib.E. Əfəndiyevin "Sarı gəlin" filmi,"Pərvanələrin rəqsi" serialı və bir neçə filmə çəkilmişdir.

Pərvanə Qurbanova zidiyyətli Azərbaycan qadının mürəkkəb xarakterini ən incə detalına qədər açmağa qadir olan qüdrətli səhnə ustasıdı.

Pərvanə Qurbanovanın Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib, 4 mart 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti,28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.


Manera.az saytının kollektivi adından Pərvanə Qurbanovaya can salığı uzun ömür arzu edirik...


Turan Etibaroğlu
MANERA.AZ


Baxış sayı - 3 043 | Yüklənmə tarixi: 02.04.2017 01:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031