manera.az
manera.az

BDU-da “İslam həmrəyliyi və tolerantlıq” mövzusunda tədbir

📅 31.03.2017 14:02

BDU-da  “İslam həmrəyliyi və tolerantlıq” mövzusunda tədbir
Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçlığı ilə “İslam həmrəyliyi və tolerantlıq” mövzusunda tədbir keçirilib.

Tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini Ələmdar Cabbarlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, BDU-nun Kitabxanaçılıq-informasiya,Tarix, Şərqşünaslıq, Filologiya, Sosiologiya və psixologiya, Jurnalistika fakültəsinin tələbə və müəllimləri iştirak ediblər.
BDU-da  “İslam həmrəyliyi və tolerantlıq” mövzusunda tədbir
Tədbiri giriş sözü ilə açan Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini Ələmdar Cabbarlı ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən qayğı və diqqətdən söhbət açıb. Bildirib ki, dövlətin himayəsi ilə Azərbaycanda məscidlər təmir-bərpa edilməkdə, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilməkdədir.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “İslam həmrəyliyi və tolerantlıq” adlı məruzə ilə çıxış edib. İslam həmrəyliyinin yüksək ictimai və mənəvi əhəmiyyətini vurğulayan natiq gənclərin düzgün dini maarifləndirilməsinin vacibliyinə toxunub.

Tədbirin sonunda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.


Baxış sayı - 2 174 | Yüklənmə tarixi: 31.03.2017 14:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031