manera.az
manera.az

Mənim seçimim- Bənövşə Mahmudqızının hekayəsi/ MANERA.AZ

Mənim seçimim- Bənövşə Mahmudqızının hekayəsi/ MANERA.AZ


Bənövşə Mahmudqızı
(hekayə)


Qollarımdan tutmuşdu, hər ikisindən... yekə qarnı ilə üstümə çökmüşdü. Ayaqlarımla onu itələməyə çalışsam da alınmırdı. Mən onun bir ayağı boyda deyildim... Bircə səsimi çıxartmırdım. Səssiz qarşı gəlirdim ona... 11 yaşım var idi... Mənə bunları yaşadan qardaşımın sinif yoldaşı idi. Qardaşımın ən yaxın dostu. Təcavüzə uğramışdım. Qaça - qaça evə getmişdim. Evə gedərkən yolda palçığa yıxılmışdım. Daxilən də, xaricən də ləkələnmişdim. O gün ilk dəfə tək çimmişdim. Evdə kimsə yox idi. Tək ağlaya - ağlaya çimmişdim. Olanların yaxşı bir şey olmadığını anlayırdım. Və mən dərsə getmək istəmirdim. Neçə gün davamlı qızdırma içində olmam da dərsə getməməyim üçün yaxşı bəhanə idi. Mən düzəlmək bilmirdim. Aylarca qızdırma içində oldum. Valideynlərim nə olduğunu anlamırdılar. Ta ki məni qanlar içində yataqda görənədək. Xəstəxanada hər şey aydın olmuşdu. Keçirdiyim şokun təsirindən qızdırmam düşmür, zədələrdənsə qanaxma dayanmırdı. Çox bitkin halda olduğumu xatırlayıram. Başımın üstündə ailə üzvlərimin ağlamasını.

Sağalmışdım... xəstəxananın pəncərəsindən baxırdım. Anam gəlib, başqa evdə yaşayacağımızı dedi. Bəzi şeylərdən xəbərsiz idim. Yeni evimizə gələndə qardaşımı görmədim günlərcə. Demək istəmirdilər hardadır, amma qardaşım üçün ağlamağa başlayınca məcbur qaldılar. Qardaşım həbsdə idi... Səbəb isə həmin adamı öldürməsi idi. Qardaşımı uzun müddət görməyəcəmiyimi anlamışdım. Halbu ki o, universitetə getməyə hazırlaşırdı... Mən də dərslərimdən qopmuşdum. 2il sonra məktəbə qaldığım yerdən davam edə bildim ancaq. Oğlanları isə canavar kimi görürdüm. Heç biri ilə Salam - sağ olum yox idi. Hər şeyə rəğmən həyata davam etdim. Günlərin bir günü bir oğlan qarşıma çıxdı və mənə səni sevirəm dedi. Sevginin nə olduğunu bilmirdim. Mən isə susqunluğumla yox cavabı verdim və getdim.
İllər ötmüşdü... 10 böyük il keçmişdi. Qardaşımın həbsdən çıxmasına daha 10 il lazım idi... Bu 10 ildə atamı da itirmişdim. Dözə bilməmişdi övladlarının bədbəxtliyinə.

Sonra bir gün, anam məni qarşısına qoydu və danışmağa başladı... Ərə getmək lazım idi. Səbəb isə daha yaxşı həyata layiq imişəm. Və özümü tanımadığım bir adamın yanında gəlin paltarında əyləşəndə tapmışdım. Və toy gecəsi... Qışqırıb otaqdan qaçmışdım. Mən ərimlə münasibət qura bilmirdim. Və bu da çox çəkmədi mən dul qaldım... Mən belə davam edə bilməzdim. Anam mənə görə çox əziyyət çəkmişdi və çəkməyə davam edirdi. Qardaşım da gəncliyini mənə görə həbsdə çürütmüşdü. Uzun - uzun düşündüm... Bəlkə ölüm? Psixoloqa getdim, uzun müddət getdim.
İkinci dəfə ailə qurdum. Artıq iki övladım var. Və mən kişilərdən nifrət etmirdim. Qorxmurdum da. Yaşamağı seçmişdim. Valideynlərimin, mənə görə ömrünü çürütmüş qardaşıma görə yaşamağı seçdim. Çünki intihar çarə deyildi.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728