manera.az
manera.az

Faciə qurbanlarının xatirəsinə həsr olunmuş iki tamaşa

📅 20.02.2017 10:30

Faciə qurbanlarının xatirəsinə həsr olunmuş iki tamaşa
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş iki səhnə əsəri təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən Manera.az-a bildirilib ki, sənət ocağı fevralın 25-də “Xəcalət”, fevralın 26-da isə “Qarabağnamə” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

Erməni fitnəkarlığından bəhs edən hər iki səhnə əsəri dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyir.

Qeyd edək ki, “Qarabağnamə” Xalq Yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında, “Xəcalət” tamaşası isə yazıçı-dramaturq Hüseynbala Mirələmovun iki hissəli “Xəcalət” dramı əsasında hazırlanıb.


Baxış sayı - 1 136 | Yüklənmə tarixi: 20.02.2017 10:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031