manera.az
manera.az

Əməkdar artist Kübra Dadaşova dünyasını dəyişdi

📅 13.02.2017 10:16

Əməkdar artist Kübra Dadaşova dünyasını dəyişdi


Azərbaycanın tanınmış teatr və kino aktrisası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası sevilən sənətçi Əməkdar Artist Kübra Dadaşova vəfat edib. Bu barədə onun yaxınları xəbər verib. K.Dadaşova uzun müddət şəkər xəstəliyindən əziyyət çəkirdi 12 Fevral 2017-ci ildə 59 yaşında vəfat edib.

Qeyd edək ki, Kübra Dadaşova 31 avqust 1957-ci ildə Bakı şəhərində doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradırdı.

Teatr səhnəsində əsas rolları
Cicixanım - ("Qonşu qonşu olsa, kor qız ərə gedər", Rəşid Bəy Əfəndiyev)
Bibi - ("Ruhlar qapını döyür", Rauf İçərişəhərli)
Mənzərə - ("Pul dəlisi", Əhməd Orucoğlu)
Nazlı - ("O da mənəm, bu da", Dadaş Mehdi)
Küpəgirən - ("Mağara", Aygün Həsənoğlu)
Mürəbbiyə - ("Danışan gəlincik", Abdulla Şaiq)
Xeyransa - ("Nəsrəddin", Yusif Əzimzadə)
Göhər - ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu)
Qulməmməd - ("Cənnətin üç alması", Nicat Kazımov)
Qəmərbanu - ("Mahmud və Məryəm", Elçin)
Rəhilə – ("Ah, qadınlar, qadınlar", Marat Haqverdiyev)
Ziba xala – ("Ağ dəvə", Elçin)
Ana – ("Ələddinin sehrli çırağı", Ərəb xalq nağılı)
Ana – ("İncəbel qarı" R.Tohidoğlu)
Ögey ana – ("Göyçək Fatma" Azərbaycan xalq nağılları)
Zümrüd – ("Mən səni sevirəm" Ə.Əmirli)
Zübeydə – ("Buzovna kəndinin əhvalatları", Elçin)

Kübra Dadaşova bir sıra televizya tamaşalarında eləcədə filmlərdə rol alıb bunlardan "Adı sənin, dadı mənim" ,"Olum, ya ölüm və ya hər şeyə rəğmən","Cavid ömrü","Gecə qatarında qətl","Qəzəlxan", "Nə gözəldir bu dünya..."
Olum, ya ölüm və ya hər şeyə rəğmən (film, 1994) Pirverdinin xoruzu" "Yumurta" "Yuxu" və s.

16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

Əməkdar artist Kübra Dadaşova dünyasını dəyişdi


Əməkdar artist Kübra Dadaşova dünyasını dəyişdi


Əməkdar artist Kübra Dadaşova dünyasını dəyişdi


Baxış sayı - 2 633 | Yüklənmə tarixi: 13.02.2017 10:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031