manera.az
manera.az

Kamal Abdullanın yeni kitabı

Kamal Abdullanın yeni kitabı
Yazıçı Kamal Abdullanın yeni kitabı işıq üzü görüb.

“Edam vaxtını dəyişmək olmaz” adlı kitabda müəllifin çap olunmuş və çap olunmamış hekayələri yer alıb. Onları birləşdirən bədii-estetik xətt mahiyyət etibarilə, müəllifin bütün bədii yaradıcılığından keçir.

“Edam vaxtını dəyişmək olmaz” hekayələr kitabının redaktoru Əliş Mirzallı, ön sözün müəllifi tanınmış teatrşünas, tənqidçi Aydın Talıbzadədir.

Kitabda Kamal Abdullanın “Qar”, “Uçuş”, “Adaşlar”, “Platon, deyəsən, xəstələnib”, “Sirri-zəmanə”, “Mağara”, “Korneliusun ölümü”, “Mənə uçmağı öyrət”, “Kölgə”, “Göyəzən dağının ilahəsi”, “Sağlıq”, “Edam vaxtını dəyişmək olmaz”, “Səsimdən yapış”, Hacı Mir Həsən ağa Səyyah” hekayələri yer alıb.

Öz sözün müəllifi Aydın Talıbzadə qeyd edir ki, Kamal Abdullanın hekayələr kitabı uçmaq və uçanlar haqqındadır: “Osa götürüb toplumu adlandırıb “Edam vaxtını dəyişmək olmaz”. Hm… Qəribədir, deyilmi? Ad detektiv tapançası kimi sərlövhədən birbaşa tuşlanır adamın gicgahına. Əslində isə heç elə deyil. Bu hekayələri mən “quyu hekayələri” adlandırardım, “səssiz hekayələr” adlandırardım. Vaxt edam olunanda səslər kəsilir”.

Aydın Talıbzadə vurğulayır ki, yazıçının əsl hədəfi hekayələr uydura-uydura, uydurduğunu sözlər harmonasiyasında təsvirləyə-təsvirləyə, təsvir etdiyini bədii bütövcəyə çevirə-çevirə “yox olmaq” və göylərə uçmaqdır: “Nirvana.. Hekayələrində Kamal vaxtı dayandırmağı xoşlayır, “təkcənəlik dünyası”nı xoşlayır, özünə “enib” keçmişi özündə vərəqləməyi xoşlayır. “Yarımçıq əlyazma”lar Kamal Abdullanın içindədir”.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031